Aqrolizinq ASC-nin Lənkəran filialına yeni texnikalar verilib

Aqrolizinq ASC-nin Lənkəran filialına yeni texnikalar verilib

Aqrolizinq ASC-nin Lənkəran Aqroservis filialına yeni texnikalar verilib. Bu barədə məlumatı SİA-nın cənub bürosuna filialın müdiri Tağı Abbasov verib.

Onun sozlərinə görə, yeni gətirilən 2 ədəd "MTZ-1221" və "MTZ-89" traktorları və onlar üçün kotanlar Belorus istehsalıdır və Gəncə şəhərində yığılıb. Yeni alınan texnikanın əvvəllər alınmış Çin istehsalı olan analoji mexanizmlərdən keyfiyyət və səmərəliliyi ilə seçildiyini bildirən Tağı Abbasov hazırda müəssisənin balansında 4 ədəd şum traktorunun, 5 ədəd kotanın, 2 ədəd qoşqulu traktorun, 3 ədəd kombaynın və digər mexanizmlərin olduğunu diqqətə çatdırıb.

Müsahibimiz bu il görülən işlərə toxunaraq əlavə edib ki, müəssisə 2010-cu ildə 650 hektarda şum, 130 hektarda taxıl, 40 hektarda isə ot biçini aparıb. Havaların yağıntılı keçməsinə baxmayaraq 2009-cu ilə nisbətən bu il 105 hektar çox sahədə şumun aparıldığını bildirən T. Abbasov bunu dövlətin kənd əməkçilərinə diqqəti və torpaq sahiblərinin taxıl əkininə artan marağı ilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə