“İŞİD”i Azərbaycana dəvət edən İnqilab Kərimovun 30 milyonluq etirafı ARAŞDIRMA

Və ya Əli Kərimlinin əmisi oğlu azərbaycanlı xanımı niyə təhqir edir?

Xatirinizdədirsə, AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov bir neçə il öncə sosial şəbəkə vasitəsi ilə on minlərlə insanı vəhşicəsinə qətlə yetirən “İŞİD” terror təşkilatını Azərbaycana dəvət edərək, baş kəsməyə çağırmışdı. Ümumiyyətlə, özünü “lider” adlandıran bir kəsin tərəfdarı və yaxın qohumu olanın sosial şəbəkə vasitəsi ilə hər hansı qanlı cinayətkar təşkilatı qan tökməyə çağırması bir daha sübut edir ki, belələrinin xisləti sadəcə və sadəcə (!) qisasçılıq, eləcə də çirkin siyasət qurmaq üzərində qurulub.

İlham Əliyev cənablarının belə bir nəhəng dəstəyə sahib olması əslində, anti-Azərbaycan dairələrin nökərləri olan həmin qruplara güclü zərbə təsiri bağışlayıb

Lakin biz, həmin məsələni yenidən xatırlatmaqla bu günlərdə cərəyan edən digər bir olayı da qiymətli oxucularımızın nəzərlərinə çatdırmaq istərdik. Məsələ isə budur ki, Avropada yaşayan bəzi “siyasi mühacirlərin”, xəyanətkar qrupun narahatlıqlarına səbəb bir müddət əvvəl Alman-Azərbaycan dostluq cəmiyyətinin sədri Naibə Hacıyevanın həmin ölkədə Cənab İlham Əliyevin şəkillərini yaşayış massivlərinin ən gur yerlərində təbliğ etməsi olub. Daha dəqiq desək, bu gün bütün dünya azərbaycanlılarının dəstəklədiyi və xalqın vahid lideri olaraq qəbul etdiyi İlham Əliyev cənablarının belə bir nəhəng dəstəyə sahib olması əslində, anti-Azərbaycan dairələrin nökərləri olan həmin qruplara güclü zərbə təsiri bağışlayıb. Görünür, bu baxımdan, vaxtilə “İŞİD” terror qruplaşmasını Azərbaycana dəvət edən Ə.Kərimlinin əmisi oğlu İ.Kərimov yenidən daxilindəki qisasçılıq hisslərini üzə çıxarıb və söz yox ki, onun bu cür cəlladlıq prinsiplərindən elə AXCP sədrinin də xəbəri var.

Naibə Hacıyevanın dövlət maraqlarından çıxış edərək, Vətən sevdalısı olması bilavasitə Vətən xainlərini qıcıqlandırıb

Digər maraqlı məsələlərdən biri də budur ki, N.Hacıyevanın dövlət maraqlarından çıxış edərək, Vətən sevdalısı olması bilavasitə Vətən xainlərini qıcıqlandırıb. Bu səbəbdən, sosial şəbəkədə təhqirləri, söyüşləri ilə bir xanıma (!) yönəldən Ə.Kərimlinin terror həvəskarı olan əmisi oğlu daxilindəki rüsvayçı hisslərini bir daha ifşa edib.

Digər ilginc nüans, İ.Kərimovun vaxtilə 30 milyonluq maddi vəsaitə, gəmiyə və böyük dükanlara sahib olduğu onun özü tərəfindən etiraf olunur. Bu zaman belə bir sual yaranır: o, bu vəsaitləri necə, haradan və kimdən əldə edib? Biznesinin qurulmasında maddi yardımları haradan qazanıb? Məgər Azərbaycanda olduğu dövrlərdə də Ə.Kərimlinin müdafiəçisi olaraq çıxış etməyibmi? Məsələ ondadır ki, bu kimi sualların sayını da artırmaq olar. Lakin İ.Kərimov barədə digər məlumatları gələn yazımızda diqqətinizə çatdıracağıq.

SİA müvafiq olmayan qeyri-etik ifadələrin bir hissəsini pozaraq, onların bir qismini oxuculara təqdim edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə