Təyyarə ilə gedən zəvvarlar yola düşüblər

Təyyarə ilə gedən zəvvarlar yola düşüblər
Ötən ildə olduğu kimi bu il də azərbaycanlı zəvvarlar üçün kvota sayı 2 mindir. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova açıqlamasında deyib. Builki kvotanın tam dolduğunu dilə gətirən mətbuat xidmətinin rəhbəri 1200 nəfərin avtobus karvanı, 800 nəfərin isə təyyarə ilə gedəcəyini söyləyib: "Bilirsiniz ki, ötən ildən zəvvarlar üçün kvota 2 mindir. Amma bundan əvvəlki illərdə bu say hətta 6 minə qədər qalxıb. Builki zəvvarların bir qismi bu gün avtobus karvanı, bir qismi isə təyyarə ilə yola düşüb. Zəvvarların bir hissəsi bu gün Bakının "Azadlıq" meydanından 22 avtobus və bir təyyarə reysi vasitəsilə yola düşüblər. Qalanları isə qarşıdakı günlərdə ayın 5-nə kimi yola düşəcək. Ümumilikdə isə zəvvarlar üçün 46 avtobus ayrılıb"

Qeyd edək ki, sabah Azərbaycandan Məkkəyə daha 24 avtobus yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə