Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində sahibkar seçicilərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib. Onların sosial rifah halının daha da yaxşılaşdırılması daim diqqətdə olub, uğurlu sosial siyasət həyata keçirilib. Azərbaycanın daxili imkanları genişləndikcə, sosial sahələrə də diqqət artdığını bildirən rayon təşkilat sədri ölkə daxilində görülən işlərin müasir səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb.
Rayon təşkilatı sədri bütün bu uğur və nailiyyətlərin Cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, seçiciləri bu firəvan həyatın davamlığı üçün bütün azərbaycanlıların lideri İlham Əliyevə səs verəməyə çağırdı.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə Azərbaycanın sabitlik adası kimi beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə nail ola bilib: “Ölkəmizdə regionların dinamik inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşması, işsizliyin, yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azalması, ordu quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olunması məhz Prezident İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu kimi çoxsaylı uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan İlham Əliyevi yenidən Prezident seçəcək”.
Daha sonra YAP Qaradağ rayon təşkilatının seçki Qərargahının üzvü Xaliq Məmmədov, YAP Qaradağ rayonu ərazi ilk partiya təşkilatının sədri Sabir Ələkbərov, Sədərək Ticarət Mərkəzinin icraçı direktoru Vahid Qənbərov, YAP Qaradağ rayon təşkilatının seçki Qərargahının üzvü Azər Mirzəyev çıxış edərək bildiriblər ki, hər bir vətəndaş dövlətin yüksək diqqət və qayğısını öz üzərində hiss edir.
Görüşdə iştirak edən seçicilər də birmənalı şəkildə Cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini, seçki günü fəal şəkildə məntəqələrə gedərək, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB