Son illər dağıdıcı müxalifətin təsiri altında olan bəzi QHT-lər öz nizamnamə məqsədlərindən kənara çıxaraq, siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərir və yaxud ayrı-ayrı siyasi partiyaların mövqelərindən çıxış edirlər. Yəni ayrı-ayrı dağıdıcı partiyaların çirkin məqsədləri üçün onlara müəyyən dəstək verirlər. Bu cür hərəkətlər qanunla yolverilməzdir. O cümlədən, həmin QHT-lər özlərinin nizamnamə müddəalarına zidd olan fəaliyyət yolu tutmuş olurlar.
Media Hüququ İnstitutunun fəaliyyəti nizamnamə müddəalarına ziddir
Belə QHT-lərdən biri də Media Hüququ İnstitutu hesab olunur ki, fəaliyyəti QHT-lər haqqında qanunun tələblərinə ziddir. Ələlxüsus, bu QHT-nin rəhbəri Rəşid Hacılı öz fəliyyətini qanuna uyğun olmayan istiqamətdə qurmaqla yanaşı, Azərbaycan xalqının, dövlətin maraqlarına da ciddi zərər vurmaqla məşğuldur. Müxtəlif instansiyalarda öz fikirlərini, daha doğrusu, dezinformasiyalarını yaymaqla R.Hacılı ölkəmizin nüfuzuna xələl gətirmək niyyəti güdür. Hadisələri təhrif edərək, müxtəlif don geyindirən bu QHT rəhbərinin fəaliyyəti imicə təsir edə biləcək qanunsuzluqla yanaşı, həm də vətəndaşlıq mövqeyinə uyğun gəlmir. Daha doğrusu, bu əməlləri xəyanət və satqınlıq kimi dəyərləndirilir.
R.Hacılı öz müsahibələrində Azərbaycanın müstəqillik dövründən bu yana keçən illərdə ifadə və media azadlığı baxımından ən ağır dövrünü yaşadığını iddia edərkən, keçirilən mitinqləri, aksiyaları, hətta bu aksiyalara heç bir maneəçiliyin olmamasını niyə nəzərə almır? Görmürmü ki, müxalifət az qala ayda bir neçə dəfə mitinq keçirməsinə rağmən, heç bir maneə ilə qarşılaşmır? "Hal-hazırda Azərbaycanda azad şəkildə fəaliyyət göstərə bilən, hökuməti tənqid edə biləcək heç bir media orqanı yoxdur" dedikdə, nəzərə almırmı ki, ölkədə saysız-hesabsız media qurumları fəaliyyət göstərir ki, bunların içərisində, hətta ağlına gələni dərc edib tirajlayanlar da az deyil. Heç bir medi orqanına, onun rəhbərinə "gözün üstündə qaşın var" deyən də olmur. Əksinə, bu tip media qurumları, hətta vəziyyətdən sui-istifadə edərək, etik normalar və qəbul edilmiş qaydalar sərhədini də keçərək, təhqirlə müşayiət olunan ifadələrə də yol verirlər. Bu gün Azərbaycan cəmiyyətində söz azadlığından sui-istifadə edərək, mediada təhqirlə davrananların qarşısını almaq məqsədi ilə həyəcan tıbili çalınırsa, azad şəkildə fəaliyyət göstərə bilən bir media orqanı belə yoxdur demək, üçün R.Hacılı özünə necə haqq qazandıra bilir? İnternetin, virtual müstəvinin, sosial şəbəkələrin mövcud olduğu bir ölkədə söz azadlığı və ifadə azadlığının pozulmasını kim iddia edə bilər? Azərbaycanda sosial şəbəkə iştirakçıları istənilən informasiyanın əldə olunmasını, emalını və yayımını maneəsiz şəkildə həyata keçirə və barəsində, hətta şəxsi fikirlərini, şərhlərini belə ifadə edə bilərlər. Bu halda, hansısa QHT təşkilatının ölkədə söz azadlığına böhtanlar yağdırması absurddur və əlbəttə ki, inandırıcı ola bilməz. Bu gün, nəinki Azərbaycan cəmiyyəti, hətta bütün dünya ictimaiyyəti fərqindədir ki, artıq media azadlığının pozulmasından söhbət belə gedə bilməz və Hacılı kimi siyasiləşmiş QHT rəhbərlərinin, eyni zamanda, Media Hüququ İnstitutunun timsalında digərlərinin də mövqeyi qərəzlidir.
Rəşid Hacılının məqsədi heç də hüquqi məsələlərə aydınlıq gətirmək deyil, bu kimi şər mücəssəmələrinin ssenarilərini reallaşdırmaqdır
Media Hüququ İnstitutunun və onun rəhbəri R.Hacılının da xaricdəki ağalara qulluq etdiyini, Azərbaycanın nüfuzuna xələl gətirməkdə maraqlı olan xaricdəki qüvvələrin tapşırıqlarını yerinə yetirdiyini təkzib etmək mümkün deyil. Bəlli olur ki, R.Hacılı insan hüquqları sahəsinə o qədər də uzaq olmayan keçmişdə, 2006-cı ildə gəlib və rəhbərlik etdiyi Media Hüququ İnstitutu 2006-2013-cü illər ərzində Amerika fondları NED və İREX-dən, Soros Fondundan, Böyük Britaniya səfirliyindən, Avropa Şurasından və ATƏT-dən üst-üstə 1 milyon 600 min manatdan çox qrant alıb. Alınan qrantları da qurumun rəhbəri olaraq R.Hacılı rahatlıqla mənimsəyib.
QHT rəhbərləri ayrılan vəsaitlərin mənimsənilməsini müxtəlif yollarla həyata keçirir və nəticədə, hesabat elə aparılır ki, təminatçıların, vəsaitləri ayıranların özləri də məəttəl qalırlar. Ağ və qara muhasibatlıq bu zaman əldəqayırma QHT-lərin karına gəlir. Bəzən, hətta əməkdaşlara bir məbləğə imza etdirib, ayrı məbləği almaq, yəni ikili maaşlara da rast gəlmək olur. Bir çox hallarda isə eyni ofisdə müxtəlif otaqların icarəsi üçün ayrılan qrantların mənimsənilməsi faktı da artıq sirr deyil. Guya ki, azadlıq uğrunda mübarizə aparan, özünü də hüquq institutunun rəhbəri, hüquq müdafiəçisi kimi göstərən R.Hacılının fəaliyyətində sadalanan bu qanunsuzluqlar yalnız bir neçə epizoddur.
Qeyd etdiyimiz kimi, xarici mənbələrdən, ələlxüsus, Soros fondundan maliyyə vəsaitləri, qrantlar alan və mənimsəyən bu QHT-nin, Media Hüququ İnstitutunun və onun rəhbəri R.Hacılının məqsədi heç də hüquqi məsələlərə aydınlıq gətirmək, ictimai həyatın ayrı-ayrı sahələrinə xidmət etmək deyil, yalnız Soros kimi şər mücəssəmələrinin ssenarilərini reallaşdırmaqdır. Bu fəaliyyət isə təbii ki, Azərbaycanın maraqları ilə üst-üstə düşə bilməz və görünən də odur ki, məqsədləri yalnız ölkənin imicinə və artan nüfuzuna xələl gətirməkdir.
Azərbaycan xalqının maraqlarına, dövlətçilik prinsiplərinə zidd olan hərəkətləri ilə R.Hacılı yalnız ictimai qınaq obyektinə çevrilə bilər və haqlı olaraq da, ictimaiyyət tərəfindən qınanılır. Xalq Azərbaycanın strateji inkişaf dinamikasını, demokratik və hüquqi dövlətçilik siyasətini dəstəkləyir və ölkəmizin əleyhinə fəaliyyət göstərən qüvvələrin fəaliyyətini, birmənalı şəkildə pisləyir. İstər Media Hüququ İnstitutu olsun, istərsə də ölkənin nüfuzuna xələl gətirməyə çalışan, qanuni fəaliyyətdən kənarlaşan digər QHT-lər qanun qarşısında cavab verməlidir.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB