Məşhur mərkəz: "Ermənistanda əsgər çatmır"

Silahlı Qüvvələrin şəxsi heyət çatışmazlığı Ermənistan ordusunun aktual problemlərindən biri olaraq qalır. Axar.az xəbər verir ki, bu barədə məlumat Rusiya Strategiya və Texnologiyalar Analizi Mərkəzinin yeni nəşr olunan kitabında yer alıb. Kitabda ölkənin demoqrafik çətinliklərinin orduya çağırış yaşı çatan gənc kişilərin sayında özünü nümayiş etdirdiyi vurğulanıb. Bunun üçün hətta İrəvanın hətta təhsildən möhlət hüququnu ləğv etdiyi bildirilib. Belə ki, İrəvanın yeni qanun layihəsinə əsasən, təhsil aldıqdan sonra orduya xidmətə çağırılan şəxslərin artıq burada iki il yox, üç il hərbi xidmət keçəcəyi açıqlanıb. Mərkəz bildirib ki, bu qanun ölkədən emiqrasiyanın artmasına səbəb olacaq.

Kitabda həmçinin 2016-cı ilin aprel döyüşlərinə də yer ayrılıb. Mərkəzin ekspertləri məhz bu döyüşlər nəticəsində Ermənistan ordusunun texniki problemlərinin ortaya çıxdığını vurğulayıblar:

"Aprel döyüşlərinin ağır təcrübəsi ölkə rəhbərliyini ordunun modernləşdirilməsini aktivləşdirməyə sövq etdi. Bu döyüşlərdən sonra Ermənistan təcili şəkildə kreditlə yeni silahlar almalı oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə