“Samux ölkədə yeganə rayondur ki, burada tarix-diyarşünaslıq muzeyi yoxdur”
Samux rayonunda bu günədək tarix-diyarşünaslıq muzeyi yoxdur. Artıq uzun illərdir rayonun qədim tarixini və mədəniyyətini əks etdirən abidələr müxtəlif idarə otaqlarında saxlanılır. Bu barədə SİA-nın bölgə müxbirinə rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Süleyman Əliyev məlumat verib.
Onun sözlərinə görə, vəziyyətlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib. "Samux ölkədə yeganə rayondur ki, burada tarix-diyarşünaslıq muzeyi yoxdur. Məsələni bir daha Nazirliyin diqqətinə çatdıracağam. Ümid edirəm ki, bu dəfə nəticə əldə olunar", S.Əliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB