Yunanıstanın xarici işlər nazirinin müavini Azərbaycana gələcək
Bakıda Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcəkdir. SİA-nın məlumatına görə, danışıqlar Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kubelisin noyabrın 28-29-da Azərbaycana səfəri çərçivəsində olacaqdır.
Yunanıstanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri olan S.Kubelis Yunanıstanın hökumət və biznes nümayəndə heyətinə başçılıq edəcəkdir.
Yunanıstanın xarici işlər nazirinin müavini Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir.
Hökumətlərarası komissiyanın işi çərçivəsində Bakıda, həmçinin dördüncü Azərbaycan-Yunanıstan biznes forumu keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB