Seçkiləri izləmək üçün 51 ölkədən 991 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
Oktyabrın 30-dək MSK-da 51 ölkədən 991 beynəlxalq müşahidəçi və 11 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. SİA-nın məlumatına görə, bundan başqa, MSK-da 3406, dairə seçki komissiyalarında isə 31160 yerli müşahidəçi qeydə alınıb.
Onlardan 3784-ü QHT-lərin, 7255-i siyasi partiyaların və siyasi partiya bloklarının nümayəndələri, qalanları isə öz təşəbbüsü ilə müşahidə aparmaq istəyənlərdir.
Beynəlxalq müşahidəçilərin sırasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının, Avropa Şurası Parlament Assambleyasının, Türkdilli ölkələrin Parlament Assambleyasının və digər nüfuzlu təşkilatların müşahidə missiyalarının təmsilçiləri vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB