Masallı şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması üçün hazırlıq işləri görülür. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən respublikanın 16 rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq bu siyahıya daxil edilmiş Masallı şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması üçün Almaniyanın "Qauf" və Türkiyənin "Temelsu" şirkətləri tərəfindən texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb.
Hal-hazırda mütəxəssislərdən ibarət işçi qrupu rayon ərazisində işləyərək çəkiləcək xəttin topoqrafik sxemini hazırlayırlar.
Qeyd edək ki, tender vasitəsi ilə qalib şirkət elan edildikdən sonra 2011-ci ilin ortalarında işlərin icrasına başlanılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB