Mais Səfərli: “5-10 nəfərlə stadiona toplaşmaq kütləvi aksiya sayılmır”
““Milli Şura”, həmçinin AXCP və Müsavat kimi partiyalar aksiyalar keçirmək imkanına malik deyillər”. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib.
Onun sözlərinə görə, müxalifət son 25 ildə normal şəkildə hansı kütləvi aksiya keçiriblər ki, indi də keçirsinlər: “Bu günə qədər keçirdikləri mitinqlərə ancaq özlərinin qohumları qatılıb. 5-10 nəfərlə stadiona toplaşmaq, orada qışqırtmaq kütləvi aksiya sayılmır. Sadəcə olaraq, bu, özlərini bir daha biabır etmək deməkdir. Əslində müxalifətdəkilər yaxşı bilir ki, xalq tərəfindən heç bir dəstəkləri yoxdur. Bu baxımdan mitinq şousu bu dəfə iflasa uğrayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB