Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə cəbhənin Goranboy rayonu istiqamətində baş verib. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1991-ci il təvəllüdlü Rəsul Hacızadə ayağından yaralanıb. Yaralı hospitala yerləşdirilib, vəziyyəti kafidir.
Qeyd edək ki, bu gün ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. Onun Qazax rayonunun N saylı hərbi hissəsində xidmət keçərkən düşmən tərəfindən açılan atəş nəticəsində həlak olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB