Səfir İsmətulla İrqaşev: “Özbəkistan KTMT-ya üzv olsa da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir” - MÖVQE

Səfir İsmətulla İrqaşev: “Özbəkistan KTMT-ya üzv olsa da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir” - MÖVQE

Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq rəsmi Daşkənd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daima dəstəkləyir". SİA-nın xəbərinə görə, bunu Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmətulla İrqaşev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri" mövzusunda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir: "Hər iki ölkə arasında sıx iqtisadi əlaqələrin mövcuddur. Özbəkistan Azərbaycanı Avropaya tranzit dəhlizi kimi qəbul edir və xalqlarımız arasında səmimi dostluq və qardaşlıq münasibətləri vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə