MSK sədri: "Müstəqil Media Mərkəzi yaradılacaq"

MSK sədri: "Müstəqil Media Mərkəzi yaradılacaq"

"Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı Müstəqil Media Mərkəzi yaradılacaq". SİA-nın verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, müstəqil media mərkəzində hazırlıq işləri başa çatıb və sabah açılışı olacaq.

M.Pənahov bildirib ki, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilər.

MSK sədri həmçinin KİV-ləri seçkilərlə bağlı prosesləri ətraflı işıqlandırmağa çağırıb: “Seçkilərlə bağlı imza vərəqələrinin yoxlanması ilə bağlı cəmiyyətə az informasiya çatdırılır. Bizim iclasda deməyimiz kifayət etmir. Bunu cəmiyyətə mətbuat çatdırmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə