Prezident seçkiləri üçün nə qədər bülletenin hazırlanacağı açıqlanıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb. SİA-nın verdiyi məlumata görə, iclasda çap olunacaq bülletenlərin mətni, forması, hazırlanması qaydası müzakirə olunub, müvafiq qərar qəbul olunub.
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında deyib ki, ümumilikdə 5 milyon 347 min 803 bülleten çap olunacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB