Milli Məclis mitinqlə bağlı Bakı meriyasından izahat tələb etməlidir

Milli Məclis mitinqlə bağlı Bakı meriyasından izahat tələb etməlidir

"Seçki Məcəlləsinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib.

Q.Həsənquliyev deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanı sanksiyalaşdırıb: “Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, mən bundan narahatam. Sadəcə olaraq qanunların aliliyinin tərəfdarı kimi narazılığımı ifadə edirəm. Mən heç də Əli Kərimlinin mitinqindən narahat deyiləm. Əminəm ki, onun aksiyasına heç kim qoşulmayacaq. Milli Məclis mitinqlə bağlı Bakı meriyasından izahat tələb etməlidir”.

Q.Həsənquliyev ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarı olduğunu söyləyib: “Sadəcə olaraq martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu qanunla martın 19-dan sonra həyata keçirilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə