Baş redaktor: “Beynəlxalq təşkilatların seçkidən sonra fikirləri dəyişəcək ” AÇIQLAMA
“Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsində müəyyən olunmuş qrafikə uyğun olaraq gedir. Bu həm ictimai-siyasi müstəvidə, həm də hüquqi müstəvidə davam edir. Gözlənilməz, təəccüblü və narahatedici bir şey hiss olunmur”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Onun sözlərinə görə, namizədlərin namizədliklərinin irəli sürülməsi mərhələsi artıq geridə qalıb və hazırda imzaların toplanması prosesi gedir: “Təbii ki, biz də bu prosesi kənardan media olaraq izləyirik. Xüsusilə diqqəti cəlb edən məsələlərdən biri beynəlxalq təşkilatların bu dəfəki seçkiyə əvvəlkilərlə müqayisədə artan maraqla yanaşması və müşahidəçi kimi iştirak etməyə daha çox həvəsli görünmələridir. Artıq ATƏT-in Minsk qrupu iştirak haqqında öz fikirlərini (həm müvəqqəti, həm də uzunmüddətli missiya ilə bağlı) bildirib. Eləcə də MDB ölkələrinin müəyyən institutları artıq bu prosesə müşahidəçi kimi qatılmaq istəklərini açıqlayıblar. Ölkədə ictimai-siyasi mühitdə namizədlərin öz hüquqlarından istifadədə, seçicilərin göstərilən ilkin mərhələlərdə hüquqlarından istifadəsi yolunda hər hansı bir mane görmürəm.
Ümumiyyətlə seçki prosesi həm hüquqi nöqteyi-nəzərdən, həm texniki cəhətdən, həm də ictimai-siyasi mühitdə insanların iradəsini tam şəkildə ortaya qoyur. Güman edirəm ki, bir vaxtlar Azərbaycandakı seçkilərin taleyindən müəyyən arqumentlərlə narahat olduğunu dilə gətirən bəzi beynəlxalq təşkilatların bu seçkidən sonra düşüncələri, fikirləri xeyli dərəcədə korrektə olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB