Üç ölkənin prezidenti bu tarixdə görüşəcək

Üç ölkənin prezidenti bu tarixdə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani aprelin əvvəlində İstanbulda görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Görüşdə bölgədəki və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə