Rasim Musabəyov: “BMT üçün əsas odur ki, qan tökülməsin” AÇIQLAMA

“Ümumiyyətlə, BMT Baş Assambleyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını ATƏT-in Minsk qrupu həmsədrlərinə həvalə edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, hazırda da ATƏT-in adından Minsk qrupu çıxış edir: “BMT Baş Assambleyası üçün əsas odur ki, müharibə olmasın və qan tökülməsin. Bu baxımdan Minsk qrupu vəziyyəti nəzarətdə saxlayır. Hesab edirəm ki, buna o qədər də əhəmiyyət verməyə dəyməz. BMT belə şeylərə çoxdan öyrəşib. Bunlar üçün əsas odur ki, konkret bu məqamda, vaxtda qan tökülməsin”.

R.Musabəyov bəzi qeyri-hökumət təşkilatlarının Azərbaycana qarşı sərgilədiyi anti-Azərbaycan kampaniyasında da münasibət bildirərək deyib ki, bunların apardığı siyasətin heç bir önəmi yoxdur.

Qeyd edək ki, BMT-nin baş katibi Antoniu Quterreş BMT-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səylərini davamlı olaraq dəstəklədiyini təsdiqləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə