Politoloq: “Müxtəlif səviyyələrdə 100-dən artıq görüş keçirilib” MÜNASİBƏT

Politoloq: “Müxtəlif səviyyələrdə 100-dən artıq görüş keçirilib” MÜNASİBƏT

“Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində aparılan bütün danışıqlar nəticəsiz qalmaqdadır. Əslində Azərbaycan tərəfi bu danışıqları belə adlandırır. Qarşı tərəf olan Rusiya və Ermənistan isə bu danışıqları zəbt etdikləri ərazilərdə möhkəmlənən danışıqlar kimi qiymətləndirirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, son 25 ildə tərəflər arasında münaqişənin nizamlanması istiqamətində müxtəlif səviyyələrdə 100-dən artıq görüş keçirilib: “Görüşlərdə əldə olunan razılaşmalara baxmayaraq hər növbəti görüş sanki tərəflərin ilk görüşüdür kimi təəssüratı bağışlayır. Cenevrədə baş tutan görüş öncəsi ATƏT-in Minsk qrupuna sədrlik edən Fransa XİN-in məlum bəyanatı bizi daha radikal addımlar atmağa sövq etməlidir. Hələ indiyə qədər bu səviyyədə diplomatik səriştəsizlik və ya konkret olaraq hakim rolunda olan tərəfin münaqişə iştirakçıların birinin açıq mətnlə tərəfini tutması faktı olmamışdı. Böyük ehtimalla danışıqlarda irəliləyiş olmayacaq. Mart və aprel aylarında region ölkələrində keçirilən prezident seçkiləri münaqişənin həlli istiqamətində aparılan danışıqların mahiyyətini kəskin azaladacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə