Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 27-28 fevral tarixlərində Cenevrəyə səfər edəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Nalbandyan BMT-nin İnsan Haqları üzrə Şurasının 37-ci iclasında iştirak edəcək. İclasda erməni nazirin çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da BMT-nin İnsan Haqları üzrə Şurasının 37-ci iclasına qatılacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB