MSK müraciətləri araşdıracaq

Sabah Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçiriləcək. Bu barədə SİA-ya MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə