“Yerlərdə gənclər və idman siyasətinin həyata keçirilməsində bələdiyyələrin rolu” mövzusunda konfrans keçirilir
Lənkəran şəhərində və Bərdə rayonunda "Yerlərdə gənclər və idman siyasətinin həyata keçirilməsində bələdiyyələrin rolu" mövzusunda konfrans və təlimlər keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu tədbirlərin keçirilməsində məqsəd yerli qurumların idarəçilik mexanizminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması, dövlət gənclər və idman siyasətinin yaşayış sahələrində həyata keçirilməsinin səmərəliyini artırmaq, ən əsası isə daha çox gənclər təbəqəsini cəlb etməklə gənclər və idman sahəsində aparılan işlərin əhatə dairəsini genişləndirmək üçün gənc bələdiyyə üzvlərini maarifləndirmək və təlimatlandırmaq olub.
Lənkəran şəhərində keçirilən zona konfransında Lənkəran şəhər və kənd bələdiyyələri daxil olmaqla Astara, Yardımlı, Neftçala, Masallı, Cəlilabadad rayon bələdiyyə sədrləri, bələdiyyələrin gənc üzvləri və həmin səhər və rayonlar üzrə icra hakimiyyəti apatatlarının müvafiq sahə üzrə iş aparan əməkdaşları, Bərdə rayonunda keçirilən zona konfransında isə Bərdə, Ağcabədi, Tərtər, Goranboy rayonlarından, Yevlax və Naftalan şəhərlərindən bələdiyyə sədrləri və üzvləri dəvət olunublar.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Eldar Azadovun, dosent İbrahim İbrahimovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri Taleh Quliyevin, Samir Musayevin, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyevin, Azərbaycan Səhər Bələdiyyələri Milli Assosiasiyasının Layihələr üzrə mərkəz müdiri Sevil Hacıyevanın, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri Namiq Abdullayevin, Elşən Hüseynovun və Ramil Məmmədovun məruzələri dinlənilmiş, mövzu ətrafında geniş müzakirələr,səmərəli təkliflər və fikir mübadilələri aparılıb.
Tədbirlərdə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, qeyri hökumət və KİV nümayəndələri də iştirak etmişlər. Hazırda bu konfransların davamı olaraq yuxarıda adları qeyd olunan rayonlarda gənc bələdiyyə üzvləri ilə təlimlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB