Bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, konfrans ayın 18-dək davam edəcək. Konfransda BMT-nin baş katibi Antonio Quterreş, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa diplomatiyasının rəhbəri Federika Mogerini, NATO-nun baş katibi Yens Stoltenberq, Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Böyük Britaniyanın baş naziri Tereza Mey, Avstriyanın kansleri Sebastyan Kurts, İsrail hökumətinin rəhbəri Binyamin Netanyahu, Ukrayna prezidenti Petro Poroşenko iştirak edəcək.
Azərbaycan tərəfdən isə tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB