ABŞ-ın dövlət katibi boş otaqda gözlədildi

ABŞ-ın dövlət katibi boş otaqda gözlədildi

ABŞ-ın Dövlət katibi Tillerson Livana səfəri zamanı xoşagəlməz hadisə ilə üzləşib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tillerson Livan prezidenti Aun ilə görüşmək üçün Prezident sarayına gedib, amma onu kimsə qarşılamayıb. Protokol idarəsinin əməkdaşları Tillersonu boş bir otaqda və tək-tənha bir saata yaxın gözlədiblər. Livan televiziyasının reportyorları həmin kadrı canlı yayımla bütün dünyaya yayıblar. Eyni zamanda həmin kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə