Azərbaycan prezidenti Türkmənistanın dövlət başçısına təbrik ünvanlayıb

Azərbaycan prezidenti Türkmənistanın dövlət başçısına təbrik ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

SİA-nın verdiyi xəbərə görə, məktubda deyilir: "Əminəm ki, bu gün yeni məzmun kəsb etməkdə olan Azərbaycan-Türkmənistan münasibətləri, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim öz inkişafını ardıcıl şəkildə davam etdirəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə