Naxcıvan Dövlət Musiqili Dram Teatrının ölkənin qərb bölgəsinə qastrol səfəri başa çatdı
Səfərin sonuncu günü teatrın kollektivi "Atabəylər" tamaşası ilə Şəmkirdə teatrsevərlərin qarşısına çıxıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tamaşanı izləyənlər arasında səhnə əsərinin müəllifi Nəriman Həsənzadə də olub.
Tamaşada hadisələr 12-ci əsrdə Atabəylər dövlətində cərəyan edir. Dövləti, xalqı parçalamaq istəyən qüvvələrlə aparılan mübarizədən bəhs olunur.
Bildirək ki, tamaşanın qurluşçu rejissoru Mərahim Fərzəlibəyovdur. Hər qastrolda olduğu kimi bu səfərdə teatr kollektivi üçün yaddaqalan olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB