Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” müzakirə olunacaq

Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” müzakirə olunacaq

8-10 noyabr 2010-cu il tarixdə saat 10:00-da AMEA Rəyasət Heyətində AMEA Radiasiya Problemləri İnstitutunun təşkilatı dəstəyi ilə "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

SİA-nın məlumatına görə, üç gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən, o cümlədən Türkiyə, Rusiya, Avstriya, Koreya və s. ölkələrdən olan alimlərin iştirakı gözlənilir. Beynəlxalq tədbirdə həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər.

Konfransda nüvə enerjisi: status və perspektivləri; nüvə enerjisinin çevrilməsi prosesi və istifadə sahələri; radiasiya materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri); respublikada nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri; radioekoloji durum, problemlər və onların həlli yolları mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

Plenar məruzələrdən sonra Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə iqlim dəyişikliklərinə həsr edilmiş film nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə