Əkbər Qoşalı: “İlham Əliyevin prezidentliyi dövründə çox tarixi hadisələr yaşanır" AÇIQLAMA

Əkbər Qoşalı: “İlham Əliyevin prezidentliyi dövründə çox tarixi hadisələr yaşanır" AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi dövr, ilk növbədə, Ümummilli Lider Heydər Əliyev kimi tarixi şəxsiyyətdən sonra dövlət başçısı olmağın tarixi məsuliyyəti, şərəfi ilə qiymətləndirilməlidir. Məhz İlham Əliyev cənabları “xalq dövlət üçün deyil, dövlət xalq üçündür!” kəlamına, “məmur xalqın qulluqçusu olmalıdır, xalqın ən birinci qulluqçusu da mənəm” kəlamı ilə yeni keyfiyyət qazandıraraq, bu tarixi missiyanı uğurla yerinə yetirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

QHT rəsmisinin sözlərinə görə, Prezidentimizin dövründə çox tarixi hadisələr yaşandı. Onlardan bir neçəsini qeyd etməyə çalışaq:

- Ölkəmiz “Kosmos aliəsi”nin üzvü oldu;

- Hərb sənayemiz özəl diqqətlə formalaşdırıldı, milli silahqayırma sahəsində tarixi irəliləyişlər əldə edildi; eləcə də, bir sıra ölkələrdən yeni silahlar alındı, ordunun sərəncamına verildi;

-Ordumuzun işğalçı ölkə ordusundan çox güclü olduğunu “aprel savaşı” ilə dosta da, düşmənə də aydın şəkildə - hərb meydanında göstərdik;

- Lələ Təpə himayəli Cocuq Mərcanlı yeni həyata döndü;

- Qonşularla, strateji ortaqlarımızla tarixi anlaşmalar əldə edildi, “dəmirdən ipək yolları” çəkildi;

- İşğalçı ölkə təcridolunmanı sümüyünə, iliyinədək hiss etdi;

- Paytaxt Bakı, ümumən respublikamız bir sıra İLKlərə imza atdı, böyük idman ya¬rışları yüksək təşkilatçılıqla – Bakı, Azərbaycan fərqi ilə keçirildi;

- Dünya birliyi sivilizasiyalar, mədəniyyətlərarası dialoqa davamlı, biləvasitə töhfələr verən, bu sahədə işi strukturlaşdıran Azərbaycanı daha ətraflı, daha dərindən tanımağa başladı;

- Dövlət büdcəmiz artdı, milli donor institutları formalaşdı;

-Vətəndaş cəmiyyəti institutları konseptual əsaslarla yeni mərhələyə keçdi;

- Hüquq islahatları keçirildi, habelə yeni dövlət orqanları yaradıldı;

- Yeni kadrlar, mütəxəssislər yetişdi, tanındı;

- Daha çox vətəndaşımız dövlət dəstəyini, dövlət nəzakətini özü üzərində biləvasitə hiss etdi və s.

Əlbəttə, bu siyahını yetərincə uzatmaq olar; hesab edirəm, dediklərimiz belə ümumi mənzərəni, sözün yaxşı mənasında tendensiyanı, inkişaf, tərəqqi xəttinin kəmiyyət və keyfiyyətini görməyə imkan verir.

Beləliklə, qarşıdakı dönəmdə sözügedən inkişaf, tərəqqi xəttinin davam etməsində maraqlı olan hər kəsin seçimi də, arzusu, inamı da aydındır.

Fürsətdən istifadə edib, cənab İlham Heydər oğlu Əliyevin yenidən namizdəliyini irəli sürən və sürəcək bütün siyasi qüvvələri, təşəbbüs qruplarını alqışlayır, Azərbaycanımızın çiçəklənməsi yolunda hər birimizə yeni uğurlar diləyirəm!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə