İran Buşehr şəhərindəki nüvə stansiyasının reaktoruna bu gün nüvə yanacağı yükləyəcək. SİA-nın "iribnews.ir" xəbər saytına istinadən verdiyi məlumata görə, bununla da ölkənin nüvə proqramında yeni bir mərhələyə start veriləcək.
İran parlamenti milli təhlükəsizlik və xarici əlaqələr komissiyasının sədri Ələddin Burucərdi Afrika ölkələrinin İrandakı səfirləri ilə görüşündə bu haqda məlumat verib. O, ABŞ və digər Qərb ölkələrinin, eyni zamanda onların diktəsi ilə hərəkət edən beynəlxalq təşkilatların təzyiqlərinə, qəbul etdiyi sanksiyalara baxmayaraq İranın nüvə proqramını davam etdirəcəyini deyib. O, qeyd edib ki, İran elmi-texniki sahələrdə böyük nailiyyətlər qazanıb.
Qeyd edək ki, bir kompüter virusunun stansiyaya təsir etməsi ilə əlaqədar elektrik enerjisinin istehsalı bir neçə ay gecikib. Stansiyanın 2011-ci ilin ilk yarısında enerji istehsalına başlayacağı bildirilir. 1000 megavatt gücü olan stansiya İranın enerji tələbatının 2,5 faizini ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB