Ermənilərdən ibarət mütəşəkkil cinayətkar qrupun əyri yollarla Amerikada külli miqdarda pul mənimsəməsi və ölkənin büdcəsinə ciddi ziyan vurması dünya mətbuatında, o cümlədən Fransanın kütləvi informasiya vasitələrində əsas mövzuya çevrilmiş və böyük hay-küyə səbəb olub. SİA-nın məlumatına görə, hətta iş o yerə çatıb ki, erməni lobbisinin hesabına Parisdə gündəlik nəşr olunan və bu ölkədə ermənilərin aparıcı mətbu orqanı kimi tanınan "Ermənistan xəbərləri" ("Les Nouvelles d’Armenie") qəzeti də bu məsələyə münasibət bildirməyə məcbur olub. Həmvətənlərinin Amerikada cinayətkar fəaliyyətindən bəhs edən qəzet qeyd edib ki, Amerikada çirkin yollarla külli miqdarda mənimsənilmiş pulun bir hissəsinin Ermənistana aparıldığını öyrənmək məqsədilə Federal Tədqiqat Bürosunun (FTB) və bank sektorunun bir qrup əməkdaşından ibarət nümayandə heyəti Yerevana səfər etmişdir. Nümayəndə heyəti mafiya üzvlərinin Amerikadan çıxardıqları 35 milyon dolların daşınmaz əmlaka yatırlması barədəki faktı və cinayətkar qrupun dövlət rəsmiləri ilə əlaqələrini öyrənməyi qarşılarına məqsəd qoyub.
Ermənistan rəsmiləri ölkədə şok vəziyyəti yaratmış və ermənilərin dünayda getdikcə aşağı düşən nüfuzuna böyük zərbə olan bu cinayəti ört-basdır etmək cəhdləru baş tutmayıb. Onlar cinayətin Ermənistan tərəfindən araşdırılacağını israr etməklə amerikalıları inandırmağa çalışmalarına baxmayaraq artıq erməniləri yaxşı tanımağa başlamış Amerika onların bu hiyləgər qabaqgəlmə gedişinə etiraz etmiş və erməni tərəfinin həmvətənlərinin dünyada geniş əks-səda doğurmuş cinayətlərini ört-basdır edəcəyindən ehtiyatlanaraq Ermənistana inamsızlıq göstərmiş və Yerevana öz nümayəndə heyətini göndərib.
Qəzet Yerevana gəlmiş nümayəndə heyətinin, ilk növbədə Amerikada uzun müddət fəaliyyət göstərmiş və dövlətə külli miqdarda zərər vurmuş cinayətkar qrupun üzvlərinin Ermənistandakı yerli banklarla əlaqələrini və həmin banklarda hesab açıb-açmamalarını təhqiq etməyə başlayıb. FTB əməkdaşları Amerikada oğurlanmış pulların müəyyən bir hissəsinin Ermənistana gətirildiyini müəyyən ediblər. Bu çirkli pulların Ermənistanda hansı məqsədlə yuyulması onlarda şübhələrə əsas verib. Ermənistanın Mərkəzi Bankının oğurluq pullar barədə verdiyi izahata inamsızlıq göstərən amerikalıların özləri bütün banklarda yoxlama aparmağı qərara alıblar.
Amerika polisi ölkədə geniş şəbəkə yaratmış bu cinayətkar dəstə ilə birbaşa əlaqəli şəxsləri də istintaqa cəlb etməyə başlayıb.Tanınmış erməni müğənnisi Tata Simonyan cinayətkar qrupun bəzi üzvləri ilə sıx əlaqədə olması şübhə doğurmuş və o, polis tərəfindən həbs edilib. İlkin dindirmədə onun cinayətkar dəstənin həbs olunmuş bir neçə üzvü ilə birbaşa əlaqəsi təsdiq edilmiş, mafiya qrupunun rəhbəri "Pzo" ləqəbli erməninin müqənninin çoxlu sayda qastrol səfərlərini maliyyələşdirdiyi üzə çıxıb.
Erməni mafiyasının Amerikada oğurladığı pulların Ermənistana hansı məqsədlə yönəldildiyi, quldur dəstəsi üzvlərinin ölkə rəsmiləri ilə birbaşa əlaqələri üzə çıxarsa, qondarma Dağlıq Qarabağ rejiminin saxlanılması istiqamətində yuyulduğu təsdiqini taparsa, bu, dünyada daha geniş rezonans doğura bilər. Ermənilərin Amerikadan sonra daha çox məskunlaşdığı Fransada ictimaiyyət XXl əsrin başlanğıcında böyük əls-sədaya cəbəb olub. Bir çox siyasi dairələr ölkə rəsmilərini ermənilərlə münasibətdə ehtiyatlı olmağa çağırıblar.
Bəzi mətbuat orqanları açıq şəkildə qeyd ediblər ki, Amerikada baş verən bu hadisədən sonra ölkədə "erməni" soyqırımını tanımağa və dəstəkləməyə, erməni diasporunu hanslsa məsələdə müdafiə etməyə cəhd edən senator çətin ki, tapılsın. Erməniləri şoka salan bu hadisənin üstündən bir neçə gün keçməmiş Rusiya Dumasındakı erməni mənşəli deputatın əyri yollarla külli miqdarda dövlət vəsaitini mənimsədiyi, onu gözləyən ağır cəzadan canını qurtarmaq üçün ailəsi ilə birlikdə xaricə qaçması faktı ermənilərin dünyada getdikcə aşağı düşməkdə olan nüfuzuna növbəti zərbə olmuş və onlara qarşı inamsızlıq yaratmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB