Qarabağda təxribata cəhd edən erməni əsgəri məhv edilib.
SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, fevralın 7-də, saat 13:50 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Hayk Razmik Kalantaryan məhv edilib.
Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB