"Beynəlxalq həmkarlar ittifaqlarının rəhbərləri Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər"
"Beynəlxalq həmkarlar ittifaqlarının rəhbərləri Azərbaycanda gedən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Onlar bu barədə fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayında da fikirlərini bildirdilər."
Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə müsahibəsində deyib.
AHİK sədri qeyd edib ki, bugünkü qurultayda 80-dən çox xarici həmkarlar təşkilatından qonaqlar iştirak ediblər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5 il ərzində gördüyü işlər haqqında qurultay nümayəndələri qarşısında hesabat verdi. Prezident İlham Əliyev qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul etdi. Qonaqlar görüş zamanı da Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti barədə müsbət fikirlərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB