Tillerson: “Venesuelada seçki ilə bağlı problemlər davam edir”

Tillerson: “Venesuelada seçki ilə bağlı problemlər davam edir”

Seçki ilə bağlı problemlər davam edən Venesueladan ABŞ-a neft ixracı məhdudlaşdırıla bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

Onun sözlərinə görə, Venesuelada seçki ilə əlaqədar problemlər davam edir: “Buna görə də, Venesueladan ABŞ-a neft ixracı məhdudlaşdırıla bilər. ABŞ Venesuelada ədalətli, azad seçki keçirilməsinə böyük əhəmiyyət verir və bu ölkədəki böhranın sona çatmasını istəyir”.

Tillerson, ABŞ-ın üçüncü böyük neft təchizatçısı olan Venesuelaya tətbiq olunacaq hər hansı sanksiya və ya məhdudiyyətlərin ABŞ-ın neft sənayesinə zərər verməməsi üçün həssas davranacaqlarını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə