Azərbaycan Dünya İnnovativ Təhsil Forumunda iştirak edəcək

Azərbaycan Dünya İnnovativ Təhsil Forumunda iştirak edəcək

Bakı şəhərindəki 8 saylı orta məktəbin riyaziyyat müəllimi İlhamə Əkpərova "Çoxüzlülər bizim ətrafımımızdadır" layihəsi ilə Azərbaycanı 26-29 oktyabr tarixində Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçiriləcək Dünya İnnovativ Təhsil Forumunda təmsil edəcəkdir.

SİA-nın məlumatına görə, İ.Əkpərova bu ilin mart ayında Berlində keçirilən Avropa İnnovativ Müəllimlər Müsabiqəsində yarımfinalçılar siyahısına düşərək bu imkanı əldə edib. Forumda həmçinin "Təhsildə əməkdaşlıq" proqramı üzrə "Microsoft Azərbaycan" şirkətinin meneceri Emin Axundov da iştirak edəcəkdir. İ.Əkpərova ölkəmizi Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti tərəfindən həyata keçirilən, MƏDƏD, ULTRA, İnetl, HP tərəfindən dəstəklənən Azərbaycan üzrə İnnovativ Müəllimlər Müsabiqəsinin qalibi kimi təmsil edəcəkdir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində ümumtəhsil məktəb müəllimlərinin Motivasiya sisteminin formalaşmasına dəstək məqsədi də daşıyır.

Builki tədbirdə 75-dən çox ölkəni təmsil edən 500-dən çox müəllim, direktor, KİV nümayəndəlirinin və təhsil sahəsində çalışan digərlərinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə