İlin əvvəlindən ölkədə 53 min nigah və 6,5 min boşanma halları qeydə alınıb

İlin əvvəlindən ölkədə 53 min nigah və 6,5 min boşanma halları qeydə alınıb
2010-cu ilin doqquz ayı ərzində əhalinin sayı 79,7 min nəfər və yaxud 0,9 faiz artaraq oktyabr ayının 1-i vəziyyətinə 9077 min nəfərə çatıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşlı gənclər ölkə əhalisinin 31 faizini təşkil edir.

Hesablamalara görə cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır.

2010-cu ilin doqquz ayı ərzində Azərbaycanda 120 min, gündə təxminən 440 körpə doğulub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,1-dən 17,9-dək artıb.

İlin əvvəlindən ölkədə 53 min nigah və 6,5 min boşanma halları qeydə alınıb və 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 7,9-a qədər azalıb, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb. Birinci nikaha daxil olan kişilərin orta yaş həddi 27, qadınlar arasında 23 yaş olub.

Bütün xəbərlər Facebook səhifəmizdə