“Zeytun budağı” əməliyyatının keçirildiyi Afrindən Türkiyənin Kilis və Hatayın Reyhanlı bölgələrinə raket zərbələri endirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular Afrindəki mövqelərindən Kilisə 3 raket atıb. Onlardan biri yola, digər 2-si boş əraziyə düşüb.
Daha bir raket Hatayın Reyhanlı bölgəsinə atılıb. Raket zərbələri nəticəsində ölən və yaralanan olmayıb. Ötən gün Kilisə atılan raket restorana düşüb, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatının başladığı gündən indiyədək Afrindən Türkiyə ərazisinə 60 raket atılıb. Hücumlar nəticəsində 5 nəfər ölüb, 77 nəfər yaralanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB