"İşğal siyasəti haqqında" qanun layihəsinin hazırlanması təklif edilib
"Ermənilər Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı tədbirlər keçirmək və bizə qarşı hücumlar təşkil etməyi planlaşdırır. SİA-nın məlumatına görə, bunu parlamentdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev bildirib.
O, təklif edib ki, Milli Məclis adından ATƏT-in Minsq Qrupuna üzv dövlətlərinə müraciət olunsun: “Bildiyiniz kimi ATƏT-in Minsq Qrupunda 11 ölkə təmsil olunur. Müraciətdə bu kimi təxribatçı əməllərdən ək çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocalı soyqrımını yaşamışıq”.
R.Rzayev çıxışı zamanı Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına "İşğal siyasəti haqqında" qanun layihəsinin hazırlanmasının daxil edilməsini təklif edib..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB