Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu birləşməsinin komandanı general-leytenant İsmail Metin Temel Suriyanın Afrin bölgəsində terrorçulardan təmizlənən Burseya dağına baş çəkib. SİA-nın Türkiyə mətbuatınba istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi əməliyyatlara birbaşa komandanlıq edən İsmail Metin Temel Burseyda əsgərlərlə görüşüb, hərbi əməliyyatların gedişi və bölgədəki vəziyyət barədə məlumat alıb, tapşırıqlar verib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Əməliyyat nəticəsində 597 terrorçu məhv edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB