Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ölən əsgər Ovsep Qriqoryanla bağlı araşdırma başlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, insident ötən gün 16:25-16:45 radələrində baş verib.
Məlum olub ki, Ovsep Qriqoryan öz hərbçi yoldaşının silahından açılan atəş nəticəsində ölüb. Qriqoryanın ölümünə silahla ehtiyatsız davranmanın səbəb olduğu iddia edilir. Hazırda həmin əsgər həbs olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB