Makron Avropaya çağırış etdi

Fransa prezidenti Emmanuel Makron Avropanı daha çox siyasi və iqtisadi islahatlar aparmağa səsləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransa prezidenti Emmanuel Makron Davos İqtisadi Forumunda çıxışı zamanı sürətli islahatların həyata keçirilməsi fikrini dəstəklədiyini bəyan edib.

Onun sözlərinə görə, rəqəmsallaşdırma və texnoloji inkişaf ümumilikdə əmək bazarını əhəmiyyətli dərəcədə dəyişdirir.

Emmanuel Makron Avropa ölkələrini təhsilə daha çox sərmayə qoymağa çağırıb.

Prezident, dünya ölkələrini ətraf mühit, enerji, sosial birlik və müdafiə sahələrində 10 illik bir strategiyanı yenidən hazırlamağa səsləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə