“Rusiya neytrallıq nümayiş etdirir” MÜNASİBƏT

“Rusiya neytrallıq nümayiş etdirir” MÜNASİBƏT

“Türkiyə Afrində 4 həftəlik hərbi əməliyyatlara başlayıb”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Rusiya faktiki neytrallıq nümayiş etdirir: “ABŞ-ın mövqeyi Türkiyənin məlum addımlarını şərtləndirsə də, son davranışı ilə PKK və PYD-nin ümidlərini puç etməkdədir. Bəşər Əsəd rejimi Türkiyə ilə bağlı hədələyici bəyanatlar versə də, Rusiyanın məlum mövqeyi fonunda bu imitasiya təsiri bağışlayır.

İran hərbi əməliyyatların dayandırılmasına çağırış etsə də, əslində kürd terrorçularının məhvi rəsmi Tehranın da strateji maraqlarına cavab verir. Beləliklə, ilkin təhlillər göstərir ki, Türkiyənin bu mücadilədə qalib gəlməsi üçün münbit xarici mühit formalaşıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə