Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən bölmələri oktyabrın 20-də saat 11.00-dan 11.30-dək və 16.20-dən 16.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.50-dən 16.10-dək, 16.20-dən 16.30-dək və 21.15-dən 21.20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16.50-dən 17.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.15-dən 23.40-dək və oktyabrın 21-də saat 00.30-dan 01.10-dək, 05.05-dən 05.15-dək Tərtər rayonunun Çaylı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.55-dən 02.10-dək isə fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB