Terrorçu ermənilər yenidən erməni hərbi birliyi olan ASALA-nı bərpa ediblər. SİA-nın verdiyi xəbərə görə, bunu Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbəy bəyan edib.
Onun sözlərinə görə, ASALA 1984-cü ildə fəaliyyətinin dayandırdığını elan etsə də, terrorçu qurumun bəzi üzvləri yenidən ermənilərin Gürcüstanda kompakt yaşadığı Cavaxetiya bölgəsində aktiv fəaliyyətə başlayaraq "Virk-erkir" qanadını yaradıblar.
"Bu qanad regionda rusiyapərəst siyasət yürütməyi qərara alıb və onlar bunun üçün Ermənistanda və dünyada yaşayan ermənilərdən istifadə edirlər. Rusiya əsgərlərinin Axalkalaki bazasından çıxmasından sonra bütün silahlar ASALA üzvlərinə verilib"- deyə, ASİMDER sədri vurğulayıb.
Göksel Gülbəy bildirib ki, Gürcüstanda ASALA qanadının yaradılması orada yaşayan azərbaycanlılar üçün təhlükəlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB