Qeyri-rezident səfirlər ilə görüş olub XİN

Qeyri-rezident səfirlər ilə görüş olub XİN

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə qeyri-rezident səfirlər ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, XİN-nin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Bosniya və Herseqovina (mənzil qərargahı Ankara), Monqolustan (mənzil qərərgahı Ankara ), Nigeriya (mənzil qərərgahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil qərargahı Moskva) Azərbaycan Respublikasına akkreditə olunmuş yeni səfirlərinin etimadnamələrinin surətlərini qəbul edib.

Görüşdə Azərbaycan və sözügedən ölkələr arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə