NATO-nun yüksək rütbəli bir rəsmisi "Əl Qaidə" terror təşkilatının lideri Üsamə Bin Ladenlə təşkilatın ikinci adamı Eymən Əl Zəvahirinin Pakistanın şimal-qərbindəki bəzi yerli kəşfiyyat agentlərinin mühafizəsi altında yaşadıqlarını iddia edib.
SİA-nın məlumatına görə, adının açıqlanmasını istəməyən səlahiyətli şəxs Əfqanıstandakı "Taliban"ın liderlərindən Molla Ömərin də son aylarda Pakistanın cənub-qərbindəki Ketta və Karaçi şəhərləri arasında yer dəyişdirdiyini deyib.
Eyni mənbə ABŞ tərəfindən 11 Sentyabr 2001-ci ildə həyata keçirilən terror aktına rəhbərlik ittihamı ilə axtarışda olan "Əl Qaidə"nin Səudiyyə Ərəbistanındakı liderinin də Əfqanıstanın sərhəd bölgəsində bəzi pakistanlı kəşfiyyat xidməti mənsublarının mühafizəsi altında yüksək şəraitdə yaşadığını söyləyib.
Misirli Zəvahirinin də eyni bölgədə, ancaq başqa bir yerdə olduğunu bildirən NATO rəsmisi "Əl Qaidə" liderlərinin heç birinin mağarada yaşamadığını deyib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB