Niderlandda erməni saxtakarlığının qarşısı alınıb

Niderlandda erməni saxtakarlığının qarşısı alınıb

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyindən verilən məlumatda bildirilir ki, Niderlandda fəaliyyət göstərən "Benilüks Azərbaycanlılar Konqresi" (BAK) diaspor təşkilatı tərəfindən aparılan araşdırmalar nəticəsində "Blin" adlı rus mağazalarında "Artsahfrut" adlı şirkət tərəfindən istehsal olunmuş müxtəlif çeşidli qida məhsullarının satıldığı, həmin şirkətin məhsullarının Niderlandda fəaliyyət göstərən və adında erməni dilindəki "hay" (erməni) ifadəsi olan "Hayfood" şirkəti tərəfindən idxal olunduğu məlum olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Artsahfrut" şirkətinin internet səhifəsində dərc edilmiş məlumata əsasən qurumun qida məhsulları istehsal etdiyi və qeydiyyat ünvanlarında Ermənistan adı ilə yanaşı yerləşdiyi yerin "Stepanakert" şəhəri olduğunun göstərildiyi məlum olub.

Səfirlikdən daxil olan məlumatda həmçinin BAK tərəfindən təşkil olunan tədbirlər nəticəsində göstərilən məhsulların Niderland mağazalarında satışının dayandırıldığı və məsələ ilə bağlı səfirliyimizin Niderland XİN-i məlumatlandırdığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə