Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.
Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB