Dövlət Komitəsində görüş olub
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, qonağı salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Abraham Kuper və onun təmsil etdiyi mərkəzin Azərbaycan həqiqətlərinin təbliğində fəal rol oynadıqlarını diqqətə çatdırıb. Dekabrın 21-i Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfransda da yaxından və fəal iştiraka görə təşəkkürünü bildirib.

Mübariz Qurbanlı öz əhəmiyyətinə görə xüsusi diqqət çəkən konfransın Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə növbəti ildə də təşkil ediləcəyini qeyd edib. O, dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsinin zəruriliyinin nəzərə alındığını və bu prosesin davam etdirilməsi üçün Koordinasiya Şurasının yaradılacağını vurğulayıb. Şuraya yəhudi icmalarının da üzv olacaqlarına və fəal iştirak edəcəklərinə ümidvar olduğunu qeyd edib.

Abraham Kuper bu cür mühüm konfransa dəvət üçün təşəkkürünü bildirib. Konfransın əhəmiyyətinə toxunan qonaq Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlığın, dinə münasibətin ölkələr tərəfindən nümunəvi model kimi qəbul olunduğunu və bəyənildiyini vurğulayıb.

Səmimi şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня