Aydın Mirzəzadə: “Prezident İlham Əliyevin fəaliyyəti göz qarşısındadır” AÇIQLAMA
“Ümumiyyətlə, cəmiyyət o vaxt hakimiyyəti dəstəkləyir ki, vətəndaşların mütləq əksəriyyəti onların problemlərinin həll edildiyinin fərqinə varırlar. Əslində hakimiyyət öz üzərinə götürdüyü vəzifələri yerinə yetirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, hakimiyyət cəmiyyət, dövlət üçün inkişafı təmin edir və onun öhdəliklərini yerinə yetirəcəyinə hər hansı bir şübhə qalmır: “Əslində bu bütün cəmiyyətə aiddir. Amma bir qismi müəyyən səbəblərdən onun tələblərə cavab verən həyatını təmin edən hakimiyyətdən narazı qalmaq yolunu tutur. Hesab edirəm ki, 80 faizdən çox insanların hakimiyyətdən razı qalması ilk növbədə indiki hakimiyyətin öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməsi ilə bağlıdır. Cəmiyyətin bütün sahələrində iqtisadiyyatda, sosial problemlərin yerinə yetirilməsində, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu məsələsində uğurlar əldə edilir. Həmçinin hər bir insan sabaha böyük inamla baxır. Özünün, övladlarının təhlükəsizliyinin təmin edildiyinin şahidi olur.
Eyni zamanda Prezident İlham Əliyevin fəaliyyəti göz qarşısındadır. Onun vaxtaşırı regionlara səfər etməsi, Azərbaycanın bütün bölgələrinin bərabər inkişafı üçün ciddi addımlar atması, ölkəmizin maraqlarını beynəlxalq tribunalardan qoruması gündəlik həyatımızın bir hissəsidir. Gələn il 2018-ci il prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev siyasi kursunun namizədinin seçkilərdə yenidən qələbə qazanacağına hər hansı bir şübhə ola bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB